Ötən il Xaçmazda qətl törədən şəxs beynəlxalq axtarışa verilib

Ötən il Xaçmazda qətl törədən şəxs beynəlxalq axtarışa verilib
# 18 may 2015 13:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ötən il Xaçmaz rayonunda qətl hadisəsi törədən şəxs beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 24 yaşlı Radik Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, məlum hadisə 2014-cü ilin oktyabrın 18-də qeydə alınıb. Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan meyit tapılıb. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Xudat şəhərində yaşayan, 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğlu olması müəyyən edilib.

Həyata keçirilən tədbirlər nəticəsində Z.Xeyirovun qətlində şübhəli bilinən Qusar rayon sakini Nazim Zəkərayev tutulub.

Digər hadisə iştirakçısı Qusar rayon sakini Radik Məmmədovun isə ölkədən qaçdığı məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR