Rumıniyalı qapıçı “Xəzər Lənkəran”a keçə bilər

Rumıniyalı qapıçı “Xəzər Lənkəran”a keçə bilər
# 31 iyul 2014 12:56 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” növbəti transferini reallaşdırmağa yaxındı. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır qapıçı axtarışında olan cənub təmsilçisi rumıniyalı Kristian Balqradeanı transfer edə bilər.

26 yaşlı qapıçı müqavilə ilə Buxarest “Dinamo”suna məxsusdu. Onunla digər Azərbaycan klubu “İnter” də maraqlansa da, Kristian cənublularla anlaşmaq üzrədi.

Rumıniyanın əsas yığmasında 1 oyun keçirən futbolçu 2010-cu ildən “Dinamo”nun üzvüdü. Bunadək “Minerul”, “Braşov”, “Liberti” və “Arad”da çıxış edən qapıçı Buxarest təmsilçisinə keçdikdən sonra - 2010-cu ildə “Unirea”ya icarəyə verilib.

Qeyd edək ki, “Xəzər Lənkəran” bunadək Rəşad Sadiqov, Aleksandr Şemonayev, Fernando Qabriel, Qalin İvanov, Alfred Sanko, Rauf Əliyev və Əfran İsmayılovu transfer edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR