Azpromo Pakistanın Ticarət və Sənaye Palatalarının Konfederasiyası ilə Birgə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azpromo Pakistanın Ticarət və Sənaye Palatalarının Konfederasiyası ilə Birgə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
# 18 mart 2015 09:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə (Azpromo) Pakistanın Ticarət və Sənaye Palatalarının Konfederasiyası (FPCCI) arasında Birgə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, sənəddə Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı əməkdaşlıq, müntəzəm olaraq iqtisadi, ticarət və biznesə dair məlumatlar və sahibkarların dəstəklənməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əlaqələrin yaradılması və s. məsələlər nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR