Bank Of Baku

Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində kassasiya və apellyasiya məhkəmələrinin qərarlarını ləğv edib

Ali Məhkəmənin Plenumu  İlqar Məmmədov barəsində kassasiya və apellyasiya məhkəmələrinin qərarlarını ləğv edib
# 02 iyul 2018 09:02 (UTC +04:00)

Ali Məhkəmənin Plenumunda REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, bu barədə onun vəkili Fuad Ağayev özünün “Facebook” səhifəsində yazıb.

 

F. Ağayev bildirib ki, Ali Məhkəmənin Plenumu  İ. Məmmədov barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edilib. İş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

Qeyd edək ki, İlqar Məmmədov, eləcə də Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Məmmədov 7 il, T. Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər, lakin şikayətləri təmin olunmayıb. Bundan sonra İ. Məmmədov və T. Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ. Məmmədov həmin qərardan kassasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR