Beyləqan rayonunda su kanalında boğulan yeniyetmənin meyiti tapılıb.
APA xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində baş verib.
Məlumata görə, Gödəklər kənd sakini, 30 avqust 2011-ci il təvəllüdlü Əmrahov Murad Ramil oğlu çimərkən su kanalında boğulub.
Yeniyetmənin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.