Azərbaycanda xam neftin istehsalı 12% azalıb

Azərbaycanda xam neftin istehsalı 12% azalıb
# 16 oktyabr 2014 11:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 32 147,0 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 12% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 231,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin doqquz ayı ərzində ölkədə 22 613,7 min kubmetr təbii qaz istehsal edilib. Bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətdə 5,3% çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 32,2 min kubmetr hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR