İŞİD qədim Palmira şəhərinin üçdə bir hissəsini ələ keçirib

İŞİD qədim Palmira şəhərinin üçdə bir hissəsini ələ keçirib
# 20 may 2015 18:55 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları Suriyada qədim Palmira şəhərinin üçdə bir hissəsini ələ keçirib.

APA-nın BBC-yə istinadən məlumatına görə, şiddətli döyüşlərdən sonra silahlılar hökumət qoşunlarını qədim şəhərin bir neçə bölgəsindən sıxışdırıblar.

Qeyd olunur ki, yaxınlıqda yerləşən qaz yatağı da İŞİD-in hədəfindədir.

Terrorçuların Palmiraya hücumu may ayının əvvəlindən başlayıb. Döyüşlər zamanı hər iki tərəf böyük itki verib.

Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR