Xaçmazda polis əməkdaşını maşın vurub

Xaçmazda polis əməkdaşını maşın vurub
# 17 aprel 2013 07:06 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz-Niyazabad kənd yolunda 27 yaşlı Xaçmaz şəhər sakini Ramin Rəhimovu “VAZ 21 07” markalı avtomobil vurub. O, hadisə şahidlərinin köməkliyi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Ramin Rəhimov Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR