Akademik Milli Dram Teatrında Cahangir Zeynalovun 150 illik yubileyi keçiriləcək

Akademik Milli Dram Teatrında Cahangir Zeynalovun 150 illik yubileyi keçiriləcək
# 26 oktyabr 2015 11:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Dekabr ayında Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Tədbirlər planında C. Zeynalovun Akademik Milli Dram Teatrında yubiley tədbirinin keçirilməsi də nəzərdə tutulub.

Teatrdan bildiriblər ki, yubiley mərasimi çərçivəsində “Cahangirdən Cahangirə” adlı bədii layihə üzərində iş aparılıb.

Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında tamaşa hazırlanıb.

Səhnə əsərinin baş rolunda C. Novruzov çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR