Bakı-APA. Ekvadorda 6,2 bal gücündə zəlzələ baş verib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Kito şəhərindən 153 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Xatırldaq ki, 2016-cı ilin aprelində Ekvadorda baş vermiş güclü zəlzələ nəticəsində 660 nəfər ölmüş, 51 376 nəfər xəsarət almış, 32 nəfər itkin düşmüşdü.