Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı açıqlanıb

Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı açıqlanıb
# 01 iyun 2016 07:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bakı Olimpiya Stadionu” MMC-nin nizamnamə kapitalı açıqlanıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin martın 4-də dövlət qeydiyyatına alınan Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı 500 mln. manat təşkil edir.

Qeyd edək ki, “Bakı Olimpiya Stadionu”nun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Heydər Əliyev prospekti ev 323-də yerləşir.

MMC-nin qanuni təmsilçisi Cavid Azər oğlu Qarayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR