Bakı-APA. Gəncədə yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Cavadxan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı 25 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.