"Yaşıl kart" sistemi üzrə tariflər artırıla bilər

"Yaşıl kart" sistemi üzrə tariflər artırıla bilər
# 24 iyun 2016 12:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Yaşıl kart" sistemi üzrə tariflər artırıla bilər.


"APA-Economics" xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.


Onun sözlərinə görə, devalvasiyadan sonra Azərbaycanda tariflər aşağı səviyyədədir: "2014-cü ildə biz qiymətləri Türkiyə və Rusiyaya istinadən təyin etmişdik. Ötən il baş verən devalvasiyadan sonra isə bizdə qiymətlər aşağı səviyyədədir. Düşünürəm ki, 1-2 il ərzində insanlar bu qiymətlərə öyrəşməlidir. Lakin tariflərin artırılması istisna edilmir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR