Ermənistanda baş verən avtoqəzada 6 nəfər ölüb

Ermənistanda baş verən avtoqəzada 6 nəfər ölüb
# 01 may 2013 22:57 (UTC +04:00)

Bakı-APA. Ermənistanda baş vermiş avtomobil qəzası nəticəsində 6 nəfər həlak olub. APA-nın məlumatına görə, həlak olanlar arasında uşaqlar da var. 4 nəfər yaralı halda xəstəxanaya çatdırılıb.

«İnterfaks»ın məlumatına əsasən, mayın 1-də axşam saatlarında Gorus şəhərindən hərəkət edən QAZ-2410 markalı minik avtomobili «Şeytan körpüsü» yaxınlığında yoldan çıxaraq dərəyə düşüb. Dərədə isə həmin vaxt bir qrup şəxs istirahət edirmiş. Maşının dincələn şəxslərin üzərinə düşməsi nəticəsində həmin adamların biri – 40 yaşlı kişi yerindəcə keçinib. Hadisə nəticəsində həmçinin avtomobildə olan 37 yaşlı sürücü, sərnişinlər – 6 yaşlı oğlan, 11, 15 və 29 yaşlı qızlar həlak olublar. Digər 4 sərnişin isə yaralı halda xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR