Bir ayda ƏƏSMN-in "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 9 600-dən çoxu sorğu xarakterli olub - FOTO

Bir ayda ƏƏSMN-in "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 9 600-dən çoxu sorğu xarakterli olub - <span style="color: red;">FOTO
# 05 may 2015 09:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi"nə vətəndaşlar tərəfindən edilən 10 239 müraciətdən 9 641-i (94,1%) nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun müvafiq izahatlar verilməklə şifahi şəkildə cavablandırılıb.

Digər 598 müraciətdə ayrı-ayrı şəxslərin əmək və sosial təminat hüquqlarına baxılması məsələləri, təklif və şikayətləri ifadə olunub. Bu kimi müraciətlər müvafiq müraciət vərəqəsi əsasında araşdırılması və rəsmi şəkildə cavablandırılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ümumilikdə, aprel ayında ƏƏSMN-in "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 4 100-ü (40,04%) sosial təminat, 2 617-i (25,56%) əmək qanunvericiliyi, 1 584-ü (15,47%) nazirliyin elektron xidmətlərindən istifadə, 1 059-u (10,34%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 879-u (8,59%) isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.

142-“Çağrı mərkəzi” həftənin iş günləri saat 9:00-dan 18:00-dək vətəndaşların xidmətindədir və avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR