Azərbaycan prezidenti Niderland Kraliçasına təbrik məktubu göndərib

Azərbaycan prezidenti Niderland Kraliçasına təbrik məktubu göndərib
# 29 aprel 2013 16:08 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, Kraliça günü münasibətilə göndərilən təbrik məktubunda deyilir: “Ülyahəzrət, ölkənizin milli bayramı – Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Azərbaycan-Niderland münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcək. Bu tarixi gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR