Qırğızıstanın kanalı "Azerspace-1"in resurslarından istifadə etməyə başlayıb

Qırğızıstanın kanalı "Azerspace-1"in resurslarından istifadə etməyə başlayıb
# 10 iyul 2015 13:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərkosmos” ASC və Qırğızıstanın İctimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, Qırğızıstanın İctimai Televiziya kanalı olan KTRK kanalı "Azerspace-1" peykinin resurslarından istifadə etməyə başlayıb.

Bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından “Azərkosmos” üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Qırğızıstanın digər kanalları da "Azerspace-1" peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR