MTN əməliyyat keçirib, iki nəfər saxlanılıb

MTN əməliyyat keçirib, iki nəfər saxlanılıb
# 12 noyabr 2015 12:40 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr İdarəsindən bildirilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR