Çin Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında Memorandum imzalanıb

Çin Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında Memorandum imzalanıb
# 15 sentyabr 2015 15:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Çin Milli Kitabxanası ilə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Çin Milli Kitabxanasının direktoru Han Yongjinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov arasında görüş keçirilib.

H. Yongjinin Azərbaycan və Çin əlaqələrindən danışıb, Memorandumun hər iki ölkənin oxucuları üçün əhəmiyyətli olacağını qeyd edib. O, elektron resursların mübadiləsi, sənədlərin konservasiya və qorunması məsələlərinə toxunub.

Milli Kitabxananın direktoru K. Tahirov Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan mətbəxi (ingilis dilində), Qobustan-Minilliklərin kitabı (Azərbaycan və ingilis dillərində), Azərbaycan ədəbiyyatı (şeirlər, ingilis dilində) və Qarabağ (ingilis dilində), Azərbaycan xalçaları (ingilis dilində) kitablarını qonaqlara təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR