ƏƏSMN-nin elektron informasiya sistemində 500 minə yaxın əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib - FOTO

ƏƏSMN-nin elektron informasiya sistemində 500 minə yaxın əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib - <span style="color: red;">FOTO
# 04 sentyabr 2014 12:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçən əmək müqaviləsi bildirişlərinin sayı 500 minə çatır və bu proses getdikcə sürətlənir. Bu barədə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssislərinin Abşeron və Bakının Binəqədi rayonlarının işəgötürənləri ilə görüşündə məlumat verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə veriən məlumata görə, “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ilk yerlərdən birini tutur.

“Açıq qapı günü-vətəndaş forumu” çərçivəsində işəgötürənlər əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydaları barədə məlumatlandırılıb. EİS-in mükəmməl proqram təminatının işəgötürənlərin bu sistemdən hər hansı çətinlik olmadan, asan və rahat formada istifadəsinə şərait yaratdığı vurğulanıb.

Qeyd olunub ki, ƏƏSMN-ə daxil olan zənglər, rəsmi sorğular, elektron müraciətlərdən, o cümlədən məlumatlandırma tədbirlərində verilən suallar da işəgötürənlərin bu islahat tədbirində fəal iştirak etməkdə maraqlı olduqlarını göstərir. Görüşdə əmək münasibətlərinin EİS-də qeydiyyatdan keçirilməklə rəsmiləşdirilməsinin işçi və işəgötürənlər üçün önəmi diqqətə çatdırılıb, bildirişlərin bu sistemdə qeydiyyatdan keçirilməsi qaydaları ilə əlaqədar dolğun məlumatlar verilib, suallar cavablandırılıb.

Eyni zamanda, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, yəni EİS-də qeydiyyatdan keçmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları ilə bağlı qanunvericiliyə uyğun şəkildə tətbiq olunacaq cəza tədbirləri görüş iştirakçılarının nəzərinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR