İstanbulda Tomas de Vaalın türk dilinə tərcümə olunmuş "Qara bağ" kitabının təqdimatı keçiriləcək

İstanbulda Tomas de Vaalın türk dilinə tərcümə olunmuş "Qara bağ" kitabının təqdimatı keçiriləcək
# 25 noyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Tanınmış britaniyalı jurnalist, Karnegi Fondunun Avropa və Avrasiya Proqramının tədqiqatçısı Tomas De Vaalın Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qara bağ. Ermənistan və Azərbaycan sülhlə hərb arasında” kitabı türk dilində nəşr olunub.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Hrant Dink Fondu tərəfindən nəşr olunmuş kitab noyabrın 25-də İstanbulda təqdim ediləcək. Təqdimatda müəllifin də iştirakı və çıxışı gözlənilir.

Qeyd edək ki, bu kitab ilk dəfə 2003-cü ildə çap olunub, keçən il isə müəllif kitabı ingilis dilində əlavələrdən ibarət versiyada təkrar nəşr etdirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR