Azərbaycanda uşaqlar üçün yeni peyvənd tətbiq olunacaq

Azərbaycanda uşaqlar üçün yeni peyvənd tətbiq olunacaq
# 07 noyabr 2014 09:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda tətbiq olunan peyvəndlərin sayı artırılacaq. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, hazırda uşaqlar 11 xəstəliyə qarşı peyvənd olunur. Onun sözlərinə görə, yaxın 2-3 il ərzində uşaqlar üçün yeni peyvənd tətbiq ediləcək. Məqsəd birinci növbədə göy öskürək və polimelitə qarşı peyvənd həyata keçirməkdir: “Bu barədə Səhiyyə Nazirliyi tərəfindən qərar qəbul ediLİb. Ölkədə polimelitin ləğvi, qızılca-məxmərəyin immunizasiyası proqramı həyata keçirilir. Məqsədimiz odur ki, qarşıdakı illər ərzində bu xəstəliklər Azərbaycanda olmasın”.

N.Quliyev qeyd edib ki, yeni peyvəndin 2016-2017-ci illərdə tətbiq nəzərdə tutulub. Bu peyvənd Avropada yeni istehsal olunub və baha olduğu üçün çox ölkələr ala bilmir: “Lakin Azərbaycan ən yeni texnologiya ilə hazırlanmış həmin peyvəndi almağa və ölkəyə gətirərək tətbiq olunmasına çalışır. Yeni peyvəndin 2016-2017-ci ildə Azərbaycanda tətbiqi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR