Gədəbəydə çaydan keçən sakini sel aparıb

Gədəbəydə çaydan keçən sakini sel aparıb
# 16 iyun 2016 23:31 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəyə güclü dolu və leysan yağıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün saat 18 radələrindən başlayaraq təxminən bir saat yarım ərzində rayonun Şınıx ərazisində olan bir neçə kənddə güclü leysan və dolu yağıb. Yağıntı nəticəsində ərazidə olan Dəyirmançayda suyun səviyyəsi artıb.

Rayonun Düzrəsullu kənd sakini, 1984-cü il təvəllüdlü Osman Rzayev at ilə meşədən qayıdan zaman çayı keçmək istəyərkən sel onu aparıb. Onun meyiti keçdiyi ərazidən 3 kilometr aralıda tapılaraq ailəsinə təhvil verilib.

Məlumata görə, mərhum evli olub, iki övladı var.

Güclü yağış və dolunun kənd yollarına və əkin sahələrinə ziyan vurduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR