Bakının bir qrup ibtidai sinif müəllimi üçün məşğələlərə başlanıb

Bakının bir qrup ibtidai sinif müəllimi üçün məşğələlərə başlanıb
# 15 aprel 2015 13:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, UNICEF və “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzinin birgə layihəsi olan “Təməl” təqaüd proqramı çərçivəsində məşğələlərə start verilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, yeni forma və məzmunda hazırlanmış ixtisasartırma kursunun əsas məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsini yüksəltməkdir.

Təqaüd proqramında iştiraka maraq göstərən şəxslər sırasından 105 nəfər seçilib, nəzəri və praktik məşğələlərin aparılmasına 20-yə yaxın mütəxəssis cəlb olunub. Beş mərkəzdə 2 ay 15 gün davam edəcək təlimdə müəllimlər ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji və psixoloji yanaşmalar, metodika və didaktika, sinfin idarəedilməsi, şəxsi inkişaf, vaxtın idarəedilməsi, planlaşdırma, rəqəmsal savadlılıq və digər bu kimi mövzularda mühazirə, praktik məşğələ və ustad dərslərində iştirak edəcək, qabaqcıl məktəblərin təlim mühiti ilə tanış olacaqlar. Proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR