“DəmirBank” tələbələr üçün “Yay təcrübə proqramı” təklif edir

“DəmirBank” tələbələr üçün “Yay təcrübə proqramı” təklif edir
# 25 may 2015 13:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” müxtəlif sahələr üzrə bilik və bacarıqlarını artırmaq istəyən tələbələri “Yay təcrübə proqramı”na qoşulmağa dəvət edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, tələbələr proqrama qatılmaqla dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və gələcək karyeralarında böyük nailiyyətlər əldə etmə imkanına sahib ola biləcəklər.

“Yay təcrübə proqramı”na iqtisadiyyat və idarəetmə sahələrində təhsil alan, peşəkar ünsiyyət qurmaq bacarığı və yüksək analitik düşünmə qabiliyyətinə, “MS Office” proqramları üzrə ümumi biliklərinə sahib olan və xarici dil bilikləri yaxşı səviyyədə olan tələbələr qoşula bilər.

Qeyd edək ki, namizədlər öz CV-lərini mayın 31-dək [email protected] ünvanına göndərə bilərlər. Təcrübə müddəti tələbələrin və bankın razılığı ilə 1, 2 və 3 ay müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, “DəmirBank” “Yay təcrübə proqramı”nı hər il təşkil edir. Proqram güclü potensialı və bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

“DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR