Çilidə tələbələrlə polis arasında toqquşmalar baş verib

Çilidə tələbələrlə polis arasında toqquşmalar baş verib
# 28 mart 2013 22:49 (UTC +04:00)

Bakı-APA. Çilinin Santyaqo şəhərində tələbə mitinqi etirazçıların polislə toqquşması ilə nəticələnib. İğtişaşlarda gözyaşardıcı qaz və yandırıcı maye istifadə olunub.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, polis etirazçıları su şırnağı ilə dağıtmağa cəhd edib.

Son bir ildə Çilidə tələbələr mütəmadi olaraq büdcə universitetlərində keyfiyyətli təhsilin təmin olunmasını tələb edərək təhsilin kommersiyalaşmasının əleyhinə izdihamlı çıxışlar təşkil edir.

Martın 28-də baş tutmuş aksiya 2013-cü ilin əvvəlindən ən iri tələbə mitinqi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR