Vergilər Nazirliyi yanvar-iyul ayları ərzində dövlət büdcəsinə daxil olan vəsaitin həcmini açıqlayıb

Vergilər Nazirliyi yanvar-iyul ayları ərzində dövlət büdcəsinə daxil olan vəsaitin həcmini açıqlayıb
# 11 avqust 2015 17:29 (UTC +04:00)

Bakı-APA. Vergilər Nazirliyi 2015-ci ilin yanvar-iyul ayları ərzində nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaiti açıqlayıb. Nazirliyin Analitik-İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, bu aylar ərzində dövlət büdcəsinə 4 milyard 104 milyon 76,7 min manat vəsait daxil olub.

Məlumatda bildirilir ki, bu rəqəm proqnoz tapşırığından 1,9 faiz (101,9 faiz) çoxdur.

Hesabat dövründə vergi orqanlarında 47.396 vergi ödəyicisi qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR