Balakən və Şəkidə körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOSESSİYA

Balakən və Şəkidə körpələr evi-uşaq bağçası istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 oktyabr 2014 13:55 (UTC +04:00)

Balakən-Şəki. Vüqar Heydərov - APA. Balakən və Şəkidə körpələr evi-uşaq bağçası istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən və Şəki rayon İcra Hakimiyyəti aparatlarından məlumat verilib. Məlumata görə, Balakən rayonunun Meşə Şanbul kəndində dövlət vəsaiti hesabına tikilən uşaq bağçası-körpələr evi 40 yerlikdir. Binada kameralar və yanğından mühafizə sistemləri yerləşdirilib, istilik sistemi quraşdırılıb. Kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edib.

Şəki şəhərində açılışı keçirilən 15 saylı uşaq bağçasının tikintisi isə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşıb. Yeni tikilən uşaq bağçası 60 yerlik olmaqla üç qrupludur. Bina müasir avadanlıqlar və istilik sistemi ilə təchiz olunub. Bu münasibətlə keçirilən tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi də iştirak edib. Tədbirdə bildirilib ki, bu, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Şəkidə həyata keçirilən 14-ü layihədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR