Göyçayda Qaz İstismar İdarəsinə məxsus borunu oğurlayan şəxslər tutulub

Göyçayda Qaz İstismar İdarəsinə məxsus borunu oğurlayan şəxslər tutulub
# 08 aprel 2015 09:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Göyçay rayonunda Qaz İstismar İdarəsinə məxsus borunu oğurlayan şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvar ayının 15-dən aprel ayının 7-dək olan müddətdə Göyçay rayonunun Potu kəndində rayon Qaz İstismar İdarəsinə məxsus 53 metr qaz borusu kəsilərək oğurlanıb.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən kənd sakinləri Kamran Seyidov və Rafiq Rəhimov saxlanılıblar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR