Dövlət Miqrasiya Xidmətində akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib
# 28 aprel 2015 11:50 (UTC +04:00)

Bakı-APA. Dövlət Miqrasiya Xidmətində (DMX) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

DMX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Z. Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxıblar.

Sonra Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev ömrünü Azərbaycan oftalmologiya elminin inkişafına həsr etmiş görkəmli alim, Zərifə Əliyevanın ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən danışıb.

Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən məruzələr dinlənilib. Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verən görkəmli alimin oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları barədə ətraflı məlumat verilib. Çıxış edənlər elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə güclü təsir göstərmiş Zərifə xanım Əliyevanın görkəmli alim, pedaqoq, həm də xalqını, Vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğunu xüsusi vurğulayıblar.

Tədbir iştirakçıları görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.

Dövlət Miqrasiya Xidmətinin bir qrup xanım əməkdaşı Fəxri xiyabanda Zərifə Əliyevanın məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR