Azərbaycanda sənayedə istehsal 3,5% artıb

Azərbaycanda sənayedə istehsal 3,5% artıb
# 14 avqust 2015 14:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyul aylarında 15,8 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, mədənçıxarma bölməsində məhsul istehsalı 2%, o cümlədən əmtəəlik qaz hasilatı 10,6% artıb, neft hasilatı isə 1,8% azalıb. Sənaye məhsulunun 63,8% mədənçıxarmada, 28,5% emal bölməsində, 6,9% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Emal bölməsində qida məhsullarının istehsalı 3,5%, neft məhsullarının istehsalı 4,8%, kimya sənayesi 2,2 dəfə, poliqrafiya fəaliyyəti 77,2%, tikinti materialları istehsalı 14,8%, metallurgiya sənayesi 7,8 %, hazır metal məmulatların istehsalı 40,7%, elektrik avadanlıqlarının istehsalı 38,7% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 3,8% artıb. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın həcmi 5,4% artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,7%, neft-qaz sektorunda isə 0,1% artıb. İstehsal edilmiş məhsulun 99,8%-i istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2015-ci il vəziyyətinə 306,5 mln. manatlıq hazır məhsul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR