Mübariz Qurbanlı: “Azərbaycan İslam sivilizasiyanın tərkib hissəsi, eyni zamanda, dini xurafata və geriliyə qarşı mübarizə aparan mayakdır”

Mübariz Qurbanlı: “Azərbaycan İslam sivilizasiyanın tərkib hissəsi, eyni zamanda, dini xurafata və geriliyə qarşı mübarizə aparan mayakdır”
# 16 aprel 2015 09:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda çıxışında deyib.

M. Qurbanlı bildirib ki, İslam maarifçiliyi məsələsində İslam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var: “Bura elm, tədris mərkəzləri, qeyri-hökumət təşkilatları cəlb edilməlidir”.

Komitə sədri Azərbaycanın İslam sivilizasiyanın tərkib hissəsi olduğunu xatırladıb: “Eyni zamanda, Azərbaycan dini xurafata və geriliyə qarşı mübarizə aparan mayak rolunu oynayır. Azərbaycanın İslam maarifçiliyinin inkişafında rolu danılmazdır. Zaman-zaman alimlərimiz burada əsl İslamı təbliğ ediblər. Hazırda ölkədə İslam dini pərdəsi altında gənclərə qarşı yönəlmiş təxribatların, radikalizmin qarşısı alınır. İslamşünaslıq yeni inkişaf mərhələsinə daxil olur. Biz milli-mənəvi dəyərlərimizi qorumalı, eyni zamanda milli kadrlarımızı yetişdirməliyik. İslam dəyərlərinin təbliğində bu gün Azərbaycan alimlərinin, islamşünasların tədqiqatlarına böyük ehtiyac var”.

M. Qurbanlının sözlərinə görə, İslamı yalnız radikalların simasında görüb onu elə təbliğ etmək istəyənlər islamofobiyaya rəvac verə bilərlər: “Lakin elm aləmində islamofobiya müşahidə olunmur. Çünki onlar onun mahiyyətini anlayırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR