Bosniya və Herseqovinanın aparıcı turizm şirkətləri Azərbaycana səfər edəcəklər

Bosniya və Herseqovinanın aparıcı turizm şirkətləri Azərbaycana səfər edəcəklər
# 16 aprel 2015 07:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin və Türk Hava Yollarının birgə təşkilatçılığı ilə Bosniya və Herseqovinanın aparıcı turizm şirkətlərinin təmsilçilərindən ibarət 14 nəfərlik qrup Azərbaycana səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Bakı və Abşeron yarımadasının tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar.

Səfər müddətində yerli turizm şirkətlərinin iştirakı ilə Azərbaycanın, Bosniya və Herseqovinanın turizm imkanlarının təqdimatını nəzərdə tutan təlimlərin və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR