Azərbaycan fövqəladə hallar nazirinin müavini NATO-nun Mülki Fövqəladə Planlama Komitəsinin plenar iclasında iştirak edib

Azərbaycan fövqəladə hallar nazirinin müavini NATO-nun Mülki Fövqəladə Planlama Komitəsinin plenar iclasında iştirak edib
# 08 may 2015 06:55 (UTC +04:00)

Bakı - APA. Azərbaycan fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə NATO-nun Mənzil Qərargahında Mülki Fövqəladə Planlama Komitəsinin Uyarlılıq Platforması formatında fövqəladə hallar üzrə milli qurumların rəhbərləri səviyyəsində keçirilən növbəti plenar iclasında iştirak edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda əsas diqqət NATO-nun böhranların idarə olunması sahəsində tərəfdaş dövlətlərə verdiyi dəstəyin davam etdirilməsi və mülki hazırlıq sahəsində mövcud təhdidlərə qarşı birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsinin aparılmasına yönəldilib.

Tədbirdə çıxış edən F. Tağızadə NATO-nun müvafiq qurumları ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlığının hazırkı vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, ötən dövr ərzində bu əlaqələr daha da genişlənmiş və nazirlik əməkdaşları təşkilat tərəfindən mütəmadi olaraq keçirilmiş müxtəlif kurs, seminar və təlimlərdə yaxından iştirak edib.

Həmçinin, NATO ilə təcrübə mübadilələrinin aparılmasının əməkdaşlığımızın vacib hissəsi olduğunu nəzərə alaraq, Avro-Atlantik Fəlakətlərə Cavabın Əlaqələndirməsi Mərkəzində təcrübə keçməsi məqsədilə Könüllü Milli Töhfə statusu ilə nazirliyin əməkdaşları sözügedən Mərkəzə ezam olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR