Ankarada xəstəxanada mübahisə 4 nəfərin ölümü ilə nəticələnib

Ankarada xəstəxanada mübahisə 4 nəfərin ölümü ilə nəticələnib
# 24 iyun 2016 11:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ankarada silahlı insident baş verib.

APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Ankara Tibb Fakültəsinin xəstəxanasında qeydə alınıb.

Xəstəxananın fiziki müalicə bölməsində yerləşən aptekdə Ənvər T. adlı şəxslə əczaçılar İlknur Uca, Hikmət Türk, Kürsu Ulaşan və Özler Kiriş arasında mübahisə baş verib.

Ənvər T. sözügedən şəxslərə atəş açıb. Əczaçılardan üçü hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Saxlanılan Ənvər T. ifadəsində bildirib ki, aptek əməkdaşları onu oğurluqda ittiham ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR