Akademik Tofiq Hacıyev: “Azərbaycan dilinin orfoqrafiya lüğəti çox qüsurludur”

Akademik Tofiq Hacıyev: “Azərbaycan dilinin orfoqrafiya lüğəti çox qüsurludur”
# 13 mart 2015 12:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan dilinin orfoqrafiya lüğəti çox qüsurludur. Hazırda biz onun üzərində iş aparırıq”.

APA-nın xəbərinə görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev saytlarda aparılmış monitorinqin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

T. Hacıyev danışıq dilində əcnəbi dilə meylin gücləndiyini bildirib: “Həmçinin danışıq dilində yenə də pərakəndəlik hökm sürur. Dilçilik institutu səhvləri tapıb, aşkarlayır. Səhvlərindən nəticə çıxarmaq əvəzinə bunlar bəzilərinin xətrinə dəyir. Mətbuat işçiləri, o cümlədən başqaları ümumən dilimizdə olan qüsurlardan danışanda bütün günahı Dilçilik İnstitutunun üstünə atırlar. Amma dilin qayğısına hamı qalmalıdır”.

T. Hacıyev bu yaxınlarda Naxçıvan dialektoloji atlasının da çap olunacağını qeyd edib: “Bundan başqa, Qarabağ dialektoloji atlasını hazırlamağı qarşımıza məqsəd qoymuşuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR