Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək
# 15 may 2015 13:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər – Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzi, Rikkardo Muti, İqor Butman, Aleksandr Solovyov, Arseni Çubaçin, Azərbaycanın tanınmış musiqiçiləri Rauf Abdullayev, Ü.Hacıbəyli Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev Sarayı, Kamera və Orqan Musiqisi Zalı, Milli İncəsənət Muzeyinin səhnəsində çıxış edəcəklər.

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin truppası tərəfindən məşhur İtaliya bəstəkarı R.Leonkavallonun “Payatsı” operası nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR