Bakıda “Milli Ön” terminalından pul oğurlayan dəstə üzvləri tutulub

Bakıda  “Milli Ön”  terminalından pul oğurlayan dəstə üzvləri tutulub
# 16 iyul 2015 09:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda oğurluq edən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu Nəriman Nərimanov prospekti 206 ünvanında qeydə alınıb.

“Komtec LTD” şirkətinə məxsus “Milli Ön” ödəmə terminalından 2290 manat məbləğində oğurluq edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər, 1987-ci il təvəllüdlü Rəşad Məlikov, 1990-cı il təvəllüdlü Amid Əliyev, 1990-cı il təvəllüdlü Nahid Bağıyev, 1992-ci il təvəllüdlü Elmar Məmmədov tutulub.

Hazırda faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR