Qazaxıstan XİN: Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilər lazım deyil

Qazaxıstan XİN: Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilər lazım deyil
# 05 iyul 2016 14:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərin cəlb olunmasına ehtiyac yoxdur, Minsk Qrupu çərçivəsindəki razılaşmaları yerinə yetirmək kifayətdir”.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov Astanada keçirdiyi brifinqdə deyib. O xatırladıb ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu yaradılıb və həmin qrupun həmsədrləri Fransa, Rusiya və ABŞ-dır: "Mən hesab edirəm ki, yeni vasitəçilərin axtarışına ehtiyac yoxdur. Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əsas prinsiplər müəyyənləşdirilib. Bu razılaşmaları yerinə yetirmək lazımdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR