"Fitch": "Azərbaycanın bank sektoruna təzyiqlər artacaq"

"Fitch": "Azərbaycanın bank sektoruna təzyiqlər artacaq"
# 05 iyul 2016 11:25 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan və Qazaxıstan hökumətləri üzən məzənnə rejiminin idarə olunması üçün zəruri şəraitin və alətlərin yaradılmasına fokuslanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyin yaydığı məlumatda deyilir.

"Birinci mərhələ milli valyutaya inamın bərpasından ibarətdir, lakin bu proses Qazaxıstanda daha sürətlə gedir. Hər iki ölkədə iqtisadi geriləmə, ikirəqəmli inflyasiya gözlənilir. Bu isə onsuz da çətinliklə üz-üzə qalan bank sektoruna təzyiqi artıracaq", - deyə agentliyin analitikləri bildirir.

Bundan başqa, qeyd edilir ki, hər iki ölkə ucuz neft dövrünə adaptasiya olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR