Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir

Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
# 01 iyul 2016 15:19 (UTC +04:00)

Bakı - APA. Yaxın vaxtlarda əfv sərəncamının imzalanacağı barədə məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Prezident Administrasiyasından məlumat verilib.

Bildirilib ki, yaxın vaxtlarda əfv sərəncamının imzalanması gözlənilmir.

Qeyd edək ki, bəzi mətbuat orqanları İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğluya istinadən Ramazan və ya Qurban Bayramında əfv sərəncamının verilə biləcəyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR