Şəkidə iki uşaq anası intihar edib - VİDEO

Şəkidə iki uşaq anası intihar edib - <span style="color: red;">VİDEO
# 30 mart 2015 20:49 (UTC +04:00)

Şəki Şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, hadisə rayonun Baş Layısqı kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Şəhanə Vəli qızı Salahova yaşadığı evin eyvanında özünü asaraq intihar edib. Mərhumun cənazəsi ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

Şəki Şəhər Polis Şöbəsindən verilən məlumata görə, Şəhanə Salahova iki azyaşlı övlad anasıdır.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR