Nazir: “Bu il Azərbaycanda suvarma sisteminə külli miqdarda vəsait ayrılacaq“

Nazir: “Bu il Azərbaycanda suvarma sisteminə külli miqdarda vəsait ayrılacaq“
# 06 iyun 2016 14:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu il Azərbaycanda suvarma sisteminə külli miqdarda vəsait ayrılacaq və bu sahədə radikal addımlar atılacaq.

APA-Economics xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin donor ölkələri ilə keçirilən 3-cü görüş zamanı çıxışında bildirib.

“Kənd təsərrüfatı sahəsində təklif olunan güzəştlərə baxmayaraq neft qiymətlərinin yüksək olması, neft bumu zamanında kənd təsərrüfatı sahəsinə elə də ehtiyac yaranmamışdı. Lakin indi kənd təsərrüfatı sahəsinə ciddi diqqət ayrılıb. Belə ki dövlətimiz kənd təsərrüfatı texnikalarının 40%-nin ödənişini özü edir. Ümumiyyətlə, 60 milyon manatdan artıq güzəştli kreditlər verilib”, - deyə H. Əsədov qeyd edib.

Nazir əlavə edib ki, son illər Azərbaycana 7400 növdən artıq kənd təsərrüfatı texnikası gətirilib. H. Əsədov ölkədə gübrə istehsalının az olmasını da dilə gətirib: “Müqayisə ilə desəm, Azərbaycan Avropanın 1 hektar əraziyə istifadə etdiyi gübrənin 16-17%-dən istifadə edir. Bu həm yaxşıdır, həm də pisdir. Dövlətimiz stimullaşdırıcı tədbir görməkdədir. Belə ki, hər hektar əraziyə verilən gübrəyə 70% güzəşt tətbiq olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR