Əli Əhmədov İraq diplomatını qəbul edib

Əli Əhmədov İraq diplomatını qəbul edib
# 05 iyul 2016 15:51 (UTC +04:00)

Bakı – APA. Baş nazirin müavini Əli Əhmədov İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Al-Şüveylini onun xahişi ilə qəbul edib.

APA-nın xəbərinə görə, Azərbaycanla İraq arasında ümumi dəyərlərə əsaslanan tarixi bağların mövcudluğunu xatırladan Ə. Əhmədov müasir dövrdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini önə çəkib. O, Bağdadda baş vermiş dəhşətli terror aktından kədərləndiyini bildirərək, bütün dünyada sülhə və sabitliyə real təhlükə olan beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.


Səmimi qəbula görə təşəkkürünü bildirən İraqın müvəqqəti işlər vəkili Fadil Al-Şüveyli öz ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrə maraq göstərdiyini söyləyərək, xüsusən iqtisadi-mədəni sahədə səmərəli əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.


Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR