Çində avtobus qayadan düşüb, 20 nəfər ölüb

Çində avtobus qayadan düşüb, 20 nəfər ölüb
# 03 mart 2015 01:40 (UTC +04:00)

Bakı – APA. Çində avtobusun sıldırım qayadan düşməsi nəticəsində 20 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Henyan əyalətinin Linçjou şəhərində baş verib.

Avtobusun opera truppası tərəfindən icarəyə götürüldüyü bildirilir. Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı yerli polis tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR