"Klivlend Kavalyers" tarixdə ilk dəfə Milli Basketbol Assosiasiyasının çempionu olub

"Klivlend Kavalyers" tarixdə ilk dəfə Milli Basketbol Assosiasiyasının çempionu olub
# 20 iyun 2016 05:12 (UTC +04:00)

Bakı-APA. "Klivlend Kavalyers" basketbol klubu final seriyasının həlledici 7-ci görüşündə “Qolden Steyt Uorriors “ klubunu 93:89 hesabı ilə məğlub edib.

APA-nın məlumatına görə, bununlada "Klivlend Kavalyers" tarixdə ilk dəfə Milli Basketbol Assosiasiyasının (NBA) qalibi olub.

1970-ci ildən NBA-də çıxış edən Klivlend klubu bu müddət ərzində üç dəfə finala yüksəlib (2007, 2015, 2016).

Qeyd edək ki, Ohayo ştatının təmsilçisi olan komandanın bütün nailiyyətləri dünyanın ən məşhur basketbolçularından biri Lebron Ceymslə bağlıdır. O, 2003-2010-ci illərdə və 2014-ci ildən yenidən "Klivlend Kavalyers"-in şərəfini qoruyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR