Bərdə sakini həyat yoldaşını balta ilə qətlə yetirib

Bərdə sakini həyat yoldaşını balta ilə qətlə yetirib
# 23 iyun 2016 08:07 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı baltalayaraq öldürüb.

Bərdə rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Üç uşaq anası olan qadının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR