Paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 avqust 2014 03:45 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Gecə saatlarında paytaxtın Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpünün altında qeydə alınıb. Təxminən 45-50 yaş arası kişi yolu keçmək istəyərkən Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində “Toyota Camry” markalı avtomobil onu vurub. Piyadanı vuran avtomobilin sürücüsü yaralını ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanaya çatdırıb.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Hadisə yerində olan şahidlərin sözlərinə görə qəza yüksək sürət səbəbindən baş verib. Qəzanın dəqiq səbəbləri aparılacaq avtotexniki ekspertizanın rəyidən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR