Kaxa Kaladze: "İdman Azərbaycanın həyatında çox vacib rol oynayır"

Kaxa Kaladze: "İdman Azərbaycanın həyatında çox vacib rol oynayır"
# 30 may 2015 09:11 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, regionda idmanın inkişafı ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir, onları daha da məşhurlaşdırır:

"Azərbaycanda idman sahəsində böyük işlər görülüb. İdman Azərbaycanın həyatında çox vacib rol oynayır. "Bakı-2015" birinci Avropa Oyunlarına gedəcək Gürcüstanın rəsmi nümayəndə heyətinin tərkibində mən də varam. Şübhəsiz ki, mənim üçün Bakıda keçiriləcək bu tədbir maraqlı olacaq. Gürcüstanı bu möhtəşəm tədbirdə 100-dən çox idmançı təmsil edəcək. İdmançılarımız bu yarışa ciddi hazırlaşırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR