BVF Rusiyanı iqtisadi islahatlar həyata keçirməyə çağırıb

BVF Rusiyanı iqtisadi islahatlar həyata keçirməyə çağırıb
# 18 may 2015 23:19 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Rusiya iqtisadiyyatının ciddi islahatlara ehtiyacı var.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Min Çju Rusiyanın ABŞ-dakı səfirliyində keçirilən konfransda çıxış edib.

“Hər bir BRİKS ölkəsi üçün bizim özəl tövsiyələrimiz var. Belə ki, biz Rusiyanı iqtisadi islahatlar həyata keçirməyə çağırırıq”, deyə Min Çju bildirib.

Qeyd olunur ki, tövsiyələr əsasən Rusiya iqtisadiyyatının enerji sektoruna aiddir. BRİKS ölkələri dedikdə, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respulikası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR